BNA ləğv edilməlidir? – Ekspertlər danışır
Baxılıb: 776 Tarix: 25-01-2019 12:30
Ölkədə gedən struktur islahatları, idarəetmənin təkmilləşdirilməsi və çevikliyinin artırılması barədə Prezident fərmanları istisnasız bütün ekspertlər tərəfindən dəstəklənməklə yanaşı, təkliflər də səsləndirilir.
Belə təkliflərdən biri də Bakı Nəqliyyat Agentliyinin ləğvidir. Bu barədə müzakirələrə qoşulan iqtisadçı-ekspert Samir İsmayıl mediaya açıqlamasında bildirib ki, BNA-nın fəaliyyətinə, ümumiyyətlə, ehtiyac yoxdur:
“DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olduğu halda, Nazirlər Kabinetinin yanında əlavə bir qrumun saxlanılması beşinci təkəri xatırladır.
Agentlik bu yaxınlarda 100-dən çox parkinq yerinin bağlanması haqqında açıqlama verib. Parkinq yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur”.
Nəqliyyat eksperti Elməddin Muradlı isə Qanunvehedef.az-a açıqlamasında bu təklifi dəstəkləmədiyini bildirib. Onun sözlərinə görə, əksinə, nəqliyyat sahəsində peşəkar insanları Bakı Nəqliyyat Agentliyinə cəlb etmək lazımdır. BNA işini Dövlət Yol Polisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi ilə parallel qursa, o qurumlarla birgə işləsə, gördüyü işlər daha çox effekt verər. Ancaq bu gün agentlik daha çox cərimələməklə yadda qalır:
“Çünki son 3 il ərzində bu agentliyə ölkə rəhbərliyi səviyyəsində səlahiyyət verilib, strukturu təsdiqlənib. Bu, sıfırdan yaranmış bir təşkilatdır. Mən tam əmin deyiləm ki, BNA-da əyləşənlərin hamısı nəqliyyat sahəsi üzrə peşəkardır. Çox istərdim ki, nəqliyyat sahəsində peşəkar insanları bu agentliyə cəlb etsinlər. Bu BNA-nın işini daha da yüksəldər. Bir çox dövlət qurumları hesab edir ki, BNA hər işi təkbaşına həll etməyə çalışır. Ancaq bu düzgün taktika deyil. Bir sahəylə bağlı bir neçə qurum paralel iş aparanda daha səmərəli olur. Birgə fəaliyyət ümumi işin xeyrinə olur.
İctimai nəqliyyat sektorunda problemlərin hələ də qalması, mövcud nöqsanların aradan qaldırılmaması BNA-nın hələ də bu işi tam görə bilməməsinin göstəricisidir. Təəssüf ki, sözügedən agentlik avtobus, taksi sahəsində olan problemləri qaydasına sala bilməyib.
Hazırda ümumi götürsək, Bakda bir-birinin təkrarlayan qurumlar çoxdur. Bakı Nəqliyyat Agentliyinin Dövlət Yol Polisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi kimi qurumlarla oxşar vəzifələri var. Çox vaxt da problem yarandığı zaman ayırd etmək olmur ki, bu işi kim həll etməlidir?
BNA yuxarıda sadaladığım qurumlarla paralel işləsə, daha böyük işlər görə bilər. BNA işi tək görməyə çalışır, bu da yanlış taktikadır.
BNA rəsmiləri bəzən açıqlama verir ki, məsələn, 30 təklif vermişik. Sonra məlum olur ki, o təkliflərdən 25-i bəyənilməyib, geri göndərilib. Verilən təkliflərdən əksəriyyətinin geri göndərilməsi o deməkdir ki, daha sanballı təkliflər irəli sürülməlidir. Bu, ondan irəli gəir ki, bu təklifləri BNA əməkdaşları özləri hazırlayır. Ancaq BNA DYP, Bakı Şəhər İcra hakimiyyəti, Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlasa, bu təklifləri daha səmərəli olar”.
Ekspert bildirib ki, BNA-nın böyük işlər görə bilməsi üçün əlində imkanlar çoxdur:
“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, bundan başqa, Avto FM BNA-nın əlindədir. Bu qurumun əlində bu cür böyük imkanlar var təbliğat üçün. Bununla necə böyük işlər görmək olar. Ancaq mövcud problemlərdən aydın olur ki, agentlik bunu bacarmır”.
Ekspert deyib ki, son günlər agentlik dayanma-durmanı pozan sürücüləri cərimələməklə məşğuldur:
“Yol kənarında dayanan avtomobillərin əlindən İsmayıl bəy Qurtqaşınlı küçəsinə girmək mümkün deyil - nə kamera var, nə də buna nəzarət edən biri. Ancaq Neftçilər prospektində yolun sağ tərəfində dayanıb heç kəsə mane olmayan sürücüyə dərhal cərimə yazılır. Belə absurd iş olmaz axı! BNA bütün yolları tənzimləməlidir. Cərimələməyə başlamazdan əvvəl avtomobillər üçün park yerləri təyin etməlidir”.

Ən çox oxunanlar
Son xəbərlər