Xəbər lenti
03/10/2025 [12:34]
Sabah hava neccə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Məşhur nəşr Xocalıdan yazdı, ermənilər hərəkətə keçdi - Foto

Baxılıb: 636     Tarix: 25-01-2019 12:40   
Dünyanın ən məşhur nəşrlərindən sayılan “National Geographic”in sosial şəbəkə hesablarında 1992-ci ildə erməni quldurlarının törətdiyi Xocalı qırğınından möcüzəli şəkildə sağ qurtulmağı bacaran azərbaycanlı qadın barədə informasiya yerləşdirilib.
Qanunvehedef.az xəbər verir ki, nəşrin İnstaqram səhifəsi 61 yaşlı Azərbaycan vətəndaşı Elmira Allahverdiyevanın fotosunu paylaşıb.
“Elmira Allahverdiyeva – 61 yaş. Xocalı qırğınından sonra sağ qalmağı bacaranlardan biridir. Foto 22 oktyabr 2017-ci ildə Azərbaycanın Goranboy rayonunda çəkilib”, - foto İnstaqram izləyicilərinə bu sözlərlə təqdim edilib.
Xocalı soyqırımı zamanı Elmira Allahverdiyevanın həyat yoldaşı, qardaşları, ata və anası qəddarlıqla qətlə yetirilib. Onun 25 qohumunun adı hələ də itkin düşən insanlar siyahısındadır.
Qeyd edək ki, hesabın soydaşımız barədə paylaşımı qısa zaman ərzində 39 min dəfədən çox bəyənilib. Hesabın izləyici sayı isə təxminən 100 milyona yaxındır.
Bunun ardınca erməni sosial şəbəkə istifadəçiləri nəşri tənqid etməyə, “Sumqayıt hadisələri”nə diqqət ayırmamaqla ayrı-seçkiliyə yol verməkdə suçlamağa cəhd ediblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar