Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Səmail müəllim - Şəkinin tikinti bazarı etibarlı əllərdə

Baxılıb: 551     Tarix: 28-01-2019 11:12   

Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi xüsusi diqqət bu gün öz bəhrəsini verməkdir. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafı sahibkarlığın inkişafından asılıdır. Ölkədə sahibkarların fəaliyyətinə dəstək olan bir çox layihələr həyata keçirilir, subsidiyalar verilir, vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin həqiqətən də sahibkarların dostu olduğunu göstərir.Şəki şəhərinin sahibkar Səmail müəllim tikinti sektorunda görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. Səmail müəllim qeyd etdi ki, dövlətimizin başçısının sahibkarlar üçün yaratdığı şərait, sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərmanlar bu layihələrin həyata keçirilməsinə böyük stimul verib. Bunları nəzərə alan sahibkarlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və hər birimiz öz işlərimizlə bu dəstəyi nümayiş etdirməyə çalışırıq.
Dövlətimizin başçısının müxtəlif tədbirlərdə, ölkəmizin şəhər və rayonlarında keçirdiyi görüşlərdəki çıxışları zamanı sahibkarların istək və təkliflərinə həssas münasibəti, bu sahədə imzaladığı fərman və sərəncamlar biz sahibkarları işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız bundan sonra da böyük uğurlara imza atacaq, ölkəmiz daha da qüdrətlənəcək. Danılmaz faktdır ki, bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevriliblər. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Yol Xəritəsinə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşır, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və onların inzibati yükünün azaldılması üçün məqsədyönlü işlər görülür. Bu siyasətin davamı olaraq, hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü kimi qeyd edilməsi barədə Sərəncam da sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani göstəricisi olmaqla,cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan verib.шаблоны для dle 11.2