Nazir Prezidentin yeni fərmanından danışdı
Baxılıb: 820 Tarix: 29-01-2019 10:11
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni fərmana əsasən birdəfəlik yardım almaq hüququ qazanan şəhid hərbi qulluqçuların vərəsələri artıq elektron sistemə müraciət edə bilərlər.
Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, fərmana əsasən 2264 hərbi qulluqçunun adları artıq elektron sistemdə öz əksini tapıb: "461 şəhid polisimizin vərəsələri ilə bağlı işləri isə çox qısa bir müddətdə, yəni bir həftə ərazində yekunlaşdıracağıq və bir həftədən sonra onlar da elektron sistemə müraciət edə biləcəklər".
S.Babayevin sözlərinə görə, 2019-cu ilin sonuna qədər hər iki fərmanın icrası başa çatdırılacaq, bütün ödənişlər ediləcək:
"Birdəfəlik ödəniş almalı olan 12268 şəhidin vərəsələrindən 3100-ü artıq vəsaiti alıb. Qalan 9 169 şəhid vərəsəsi isə bu il ərzində ödənişi əldə edə biləcəklər. Ayda 1000 şəhid vərəsəsinin sənədlərini emal edərək, ödənişləri 9-10 ay müddətində bitirməyi planlaşdırırıq".
Qeyd edək ki, Prezident İlham Əliyev yanvar ayının 28-də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Ən çox oxunanlar
Son xəbərlər