Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Prezidentin barəsində sərəncam verdiyi başçının maraqlı taleyi

Baxılıb: 421     Tarix: 30-01-2019 11:00   
Dünən Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Lütfəli Babayevin bu gün 60 yaşı tamam olur.
Qanunvehedef.az xəbər verir ki, L.Babayev 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1977-ci ildə bir neçə ay Mingəçevir Şəhər Yol Tikinti Maşınları Zavodunda fəhlə işləyib, daha sonra Çita şəhərində hərbi xidmətini başa vurduqdan sonra 2 il (1979-81) Qafqaz Enerjiquraşdırma Trestində çilingər kimi çalışıb.
1980-86-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi təhsil alıb, parallel olaraq 1981-1987-ci illərdə Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləyib.
Daha sonra Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1993-cü il ərzində 11 saylı orta məktəbdə direktor olub. Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ümumi şöbənin müdiri (1993-97), San-Marino BEA-nın Mingəçevir filialında müəllim (1997-99), təcrübə rəhbəri işləyib. Sonra karyerasını yenə İcra Hakimiyyətində davam etdirib və Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1999-2005) olub.
2005-2007-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2007-ci il tarixdən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki qızı və bir oğlu var.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar