Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda 205 əcnəbi şəxs cinayət törətdi - General

Baxılıb: 453     Tarix: 30-01-2019 12:00   
Ötən il ərzində gömrük orqanları 9672 hüquqpozma faktı aşkar edib ki, bu faktlardan 747-si cinayət xarakterli olub. Belə əməlləri törədənlərdən 205-nin əcnəbi vətəndaş olduğu müəyyən edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Xalq qəzeti”nə geniş açıqlamasında bildirib.
Komitə sədri vurğulayıb ki, ötən il ərzində qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib:
“2018-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə tədbirləri genişləndirilib. Gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilib.
Bu faktlardan 747-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfər (592 Azərbaycan vətəndaşı, 205 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb”.
S.Mehdiyev əlavə edib ki, 2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər ifşa edilib və onlardan 252-si kişi, 39-u qadın olub:
“Onlardan 199 nəfəri Azərbaycan vətəndaşı, 92 nəfəri əcnəbi olub: 58 İran, 14 Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar