Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu şəxslər 300 manat əməkhaqqı alacaq - Niyazi Rəhimov

Baxılıb: 831     Tarix: 30-01-2019 12:30   
Bu il 30 min işsizə ictimai işlərə cəlb edilərək əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 80 milyon manat ayrılıb. Artıq 16 min işsizlə müqavilə imzalanıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri DOST İş Mərkəzinin direktoru Niyazi Rəhimov “İşsizin DOST”u proqramının icrasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
N.Rəhimov bildirib ki, hər bir işçi üçün 200-300 manat əməkhaqqı müəyyən edilib.
“Bura onların işsizlikdən sığortalanması, pensiya fonduna ödənişləri də daxildir. Nəzərə almaq lazımdır ki, bu işçilər bütün gün ərzində çalışmır. İctimai iş olduğundan bəzən günün müəyyən saatları və ya həftənin müəyyən günlərində çalışır”.
N.Rəhimov bildirib ki, hazırda Bakıda 3 min işsizin sosial işə cəlb edilməsi üçün müqavilə imzalanıb:
“Gələcəkdə bu şəxslərin sayının 5-6 minə çatdırılması nəzərdə tutulur. Bu şəxslərə əmək haqqı bank kartı vasitəsilə ödəniləcək”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar