Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Bibi” ləqəbli narkotacirə hökm oxundu

Baxılıb: 443     Tarix: 30-01-2019 14:00   
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən “Bibi” ləqəbli Sənubər Lütfəliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Sənubər Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq orqanı tərəfindən Sənubər Lütfəliyevanın barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 240.1-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddələri ilə ittiham elan edilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar