Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

316 gömrükçü cəzalandırıldı: rütbəsi alınan, işdən qovulan...

Baxılıb: 511     Tarix: 30-01-2019 16:30   
2018-ci ildə gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilib və ondan 747-si cinayət xarakterli olub.
Qanunvehedef.azxəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini İsmayıl Hüseynov komitənin peşə bayramı münasibəti ilə keçirilən kollegiya iclasında deyib. O bildirib ki, ötən il gömrük orqanları tərəfindən, o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub:
“Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb. İl ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər barəsində müvafiq tədbirlər görülüb və 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Bundan başqa il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, ümumilikdə dəyəri 242 min 55 manat olan mallar müsadirə edilib”.
İsmayıl Hüseynov komitədə aparılan islahatlardan da danışıb:
“Gömrük sistemində aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq 382 nəfər işə qəbul edilib, 445 nəfər əməkdaş isə işdən azad edilib. Bundan başqa, 417 nəfər tutduğu vəzifədən yüksək vəzifəyə, 58 nəfər isə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib. Eyni zamanda, onu da bildirim ki, Dövlət Gömrük Komitəsi sistemində kadrların düzgün seçilməsi, yerləşdirilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlardan istifadə etmək mümkünlüyünün aşkara çıxardılması və peşə səriştəliyinin artırılmasının stimullaşdırılması məqsədilə müvafiq qanunvericiliyə uygun olaraq 1446 əməkdaşın komitə sədrinin müvafiq sərəncamı ilə attestasiyası keçirilib”.
Birinci müavin xidməti pozuntulara görə cəzalandırılan əməkdaşların statistikasını da qeyd edib:
“Komitəyə daxil olmuş müraciətlər, audit yoxlamaların nəticələri və vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərə dair xidməti araşdırmalar aparılıb, araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 316 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bunlardan 15 nəfər gömrük orqanlarından xaric, 5 nəfər tutduğu vəzifədən azad edilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 68 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 171 nəfərə töhmət elan edilib, 46 nəfərə irad tutulub”.
Bundan başqa, İ.Hüseynov şəffaflığın təmin edilməsi və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər nəticəsində aşkar olunan hallar üzrə 4 nəfər gömrük orqanlarından xaric edildiyini, materialların araşdırılması zamanı əməllərində cinayət tərkibi olduğu ehtimal edilən 17 gömrük orqanı əməkdaşı barəsində toplanmış materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyini də bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar