Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Biz şəxsiyyət vəsiqəsi ilə hansı ölkələrə gedə bilirik? – Açıqlama

Baxılıb: 604     Tarix: 31-01-2019 11:17   

Bir sıra dövlətlər var ki, onların vətəndaşları şəxsiyyət vəsiqəsi ilə bəzi ölkələrə səyahət edə bilir. Məsələn, Türkiyə vətəndaşları Ukrayna, Gürcüstan və Şimali Kiprə kimliklə səyahət edə bilir.
Maraqlıdır, biz şəxsiyyət vəsiqəsi ilə hansı ölkələrə gedə bilərik? Xüsusi olaraq qeyd edək ki, kimliklə səyahət imkanı ölkələrin turizm sahəsinin inkişafına xüsusi təkan verir.
Məsələ ilə bağlı Qanunvehedef.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, mövcud şəxsiyyət vəsiqələrə ilə hər hansı bir ölkəyə getmək mümkün deyil:
“Çünki indiki şəxsiyyət vəsiqələrində geometrik parametrlər yoxdur. Yeni çıxacaq şəxsiyyət vəsiqələrində isə bu məlumatların olması nəzərdə tutulub. Artıq bəzi vətəndaşlarımız bu vəsiqələri alıb. Həmin şəxsiyyət vəsiqələri ilə xaricə getmək mümkün olar, bir şərtlə ki, hökumətlərarası müqavilə imzalanmış olsun. Hər halda bu şəxsiyyət vəsiqələrinə aid bir sıra identifikasiya kodlarının və s. iki dövlətin müvafiq gömrük orqanları arasında mübadiləsi də aparılmalıdır. Belə bir amil nəzərə alınsa, şəxsiyyət vəsiqəsi ilə başqa ölkəyə getmək mümkün ola bilər. Amma qeyd etdiyim kimi, bu, hazırda istifadə olunan şəxsiyyət vəsiqələrinə aid deyil”.
F.Mehdiyev vurğulayıb ki, yeni şəxsiyyət vəsiqələrini hər kəs almayıb:
“Bir nüansı da qeyd edim ki, yeni şəxsiyyət vəsiqələri də tam tələblərə cavab vermir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron imza olmalıdır. Bu proses isə hələ tam bitməyib”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar