Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Merkelin Bakı səfəri impuls rolunu oynadı – Nazir müavini

Baxılıb: 689     Tarix: 31-01-2019 11:18   

Bakıda Azərbaycan - Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilir.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti, sonuncu iclasdan sonrakı dövrdə görülmüş işlər, qarşıdakı dövrdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb:
“Ölkələrimiz arasında ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Ötən il avqust ayında Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri iqtisadi inkişaf üçün impuls rolunu oynadı. Bu səfərdən sonra Azərbaycan məhsullarının Almaniyaya ixrac edilməsi ilə bağlı danışıqlar aparılıb. 2018-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 61 faiz artıb. Həm Azərbaycandan Almaniyaya ixrac, həmçinin Almaniyadan Azərbaycana idxal olunan malların faizində artım müşahidə edilir. Almaniyanın Cənubi Qafqazla ticarət dövriyyəsinin 70 faizi Azərbaycanın payına düşür”.
Qeyd edək ki, İşçi Qrupun iclasları növbəlilik prinsipi ilə - bir il Almaniya, bir il isə Bakıda keçirilir. Sonuncu iclas 2017-ci noyabr ayında Berlində baş tutub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar