Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qaraçı baronlarının dəfn mərasimi — Basdırılan sərvət, kondisionerli tabutlar - FOTOLAR

Baxılıb: 822     Tarix: 31-01-2019 12:48   
Qaraçı baronlarının var-dövləti haqqında bir çox əfsanələr dolaşır.
Bu baronlar dünyalarını dəyişəndə qohumları bir çox sərvətini də ölən şəxsin qəbrinə qoyur. Qaraçılar arasında dəfn mərasimi çox sərtdir və əməl olunması vacib sayılır. O biri dünyaya gedən şəxs orada yaşayır və həyatda malik olduğu hər şeyə təmin olunmalıdır.
Qaraçı baronlarını məhz bu cür dəfn edirlər. Misir fironları kimi baronlar üçün də torpaq altında ev, yəni sərdabə inşa edilir. Sonra isə yuxarı hissəsinə piramidaya bənzər bina inşa edirlər. Bu piramida mərmərdən hazırlanır və dünyasını dəyişən şəxsin heykəli ucaldılır.
Tabutu betonlanmış otağa salırlar və bundan sonra qadınlar üzərlərində olan qızıl əşyaları da bura atırlar. Adət belədir, çünki ölən şəxs o dünyada heç nəyə ehtiyac duymamalıdır.
Mebel, bahalı iççilər, qab-qacaq, televizor, mobil telefon, qır-qızıl və pul da qəbirə qoyulur. Yeraltı sərdabə bir neçə otaqdan ibarət olur ki, dünyasını dəyişən şəxs onlardan istifadə edə bilsin.
Ətrafda hər şey qızıl, mərmər, bahalı ağac materialından hazrlanır. Ölən şəxs yaşadığı dövrdə xoşladığı bütün əşyaları qəbirə qoyurlar. Bəzən isə ölən şəxsin sevimli avtomobilini də qəbirə salırlar.
59 yaşlı Florian Çioaba 2013-cü ilin avqust ayında dünyasını dəyişib. Onunla vidalaşmaq üçün dünyanın bir çox ölkəsindən nümayəndələr Sibiu şəhərinə axışmışdı. Dəfn prossesiyası 7 km uzunluunda idi. Mərhumun tabutuna kondisioner və başqa elektronik cihazlar quraşdırılmışdı. Bununla yanaşı, tabutda pəncərə də açılmışdı.
Qəbirdən oğurluq etmək günah sayılsa da, belə hallara da rast gəlinib. Qaraçı baronu Mixail Oqlının qəbirindən yemək-içmək, konyak və çaxır, "Roleks" saatı, brilliant qaşlı üzük, qızıl sep, mobil telefon, 100 min rubl və 3.5 min dollar oğurlanıb. Oğrular təkcə televizor, video maqnitafona toxunmamışdılar. Oğruları isə konyak şüşəsinin üstündəki əl izi ilə tapmaq mümkün oldu.
Başqa bir baronun dəfn mərasimində isə ailə limuzinlərdən ibarət kortej və kareta sifariş edib. Təkcə güllərə 23.4 min dollar xərclənib.
Qohumlar və dostlar isə hündürlüyü 1 metrdən çox olan 60 çələng sifari edib. Çələnglər mərhumun xoşladığı şeylərdən hazırlanıb.
mənbə: olke.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar