Ölkənin güc strukturları bir araya gəldi – Foto
Baxılıb: 740 Tarix: 31-01-2019 13:50
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.
Qanunvehedef.az xəbər verir ki, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, eləcə də Nəsimi və Qaradağ icra hakimiyyətlərinin məsul şəxsləri iştirak edib.
Seminar-müşavirəni Səbailin icra başçısı Vüqar Zeynalov açıb. O, çıxışında bu cür tədbirlərin önəmi barədə danışıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dünyanın güc mərkəzlərinin öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri barədə fikirlərini bölüşüb.
Səyavuş Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi və xalqımızın milli maraqlarına tam uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Azərbaycan güclü dünyəvi dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan və islamofobiya amilinə qarşı ciddi mübarizə aparan ölkədir.
Ölkəmizin beynəlxalq güc mərkəzlərinin maraqlarının nəinki kəsişdiyi, hətta toqquşduğu coğrafi mövqedə yerləşdiyini bildirən S.Heydərov təəssüflə vurğulayıb ki, müxtəlif vaxtlarda radikal müxalif qüvvələr də etnik və dini faktordan istifadə etməyə cəhd ediblər.
Səyavuş Heydərov çıxışının sonunda hər bir vətəndaşı dindən öz siyasi məqsədləri üçün istifadə edənlərə qarşı diqqətli olmağa, populist vədlərə aldanmamağa, dövlətçiliyə yönəlmiş hərəkətlərin iştirakçısına çevrilməməyə, dövlətin beynəlxalq nüfuzuna xələl gətirməməyə çağırıb.

Ən çox oxunanlar
Son xəbərlər