Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

2 gündə 44 cinayətin üstü açıldı

Baxılıb: 587     Tarix: 04-02-2019 12:50   
Ötən iki gün ərzində daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 44 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar