Onlara pul veririk ki, dədəsindən yazsın? - Deputat
Baxılıb: 434 Tarix: 05-02-2019 14:00

qanunvehedef.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Unikal.org-a geniş müsahibəsində deyib.
“Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair… Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə, yaxud da eşq şeiri yazıb çap eləsin. Dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazılmalıdır. Mən demirəm ki, hansısa naziri tərifləsin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır”, - deputat bildirib.
S.Novruzov hansısa məmurun işində neqativlikdən də yazılmalı olduğunu qeyd edib:
“Əgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna görə kimisə təhdid eləmək olmaz, amma təhqir yolverilməzdir”.
Ən çox oxunanlar
Son xəbərlər