Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanlı biznesmenin dəhşətli qətl səbəbi

Baxılıb: 929     Tarix: 05-02-2019 15:20   
Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunun qətli sifarişli olub.
Qanunvehedef.az Oxu.az-a istinadla xəbər verir ki, qatil peşəkarcasına hərəkət edib. İlkin ehtimallarda qətlin şəhərin Plesetsk və Karqopolsk rayonlarında gedən meşə sahələrinin yenidən bölüşdürülməsi ilə bağlı olduğu bildirilib.
Biznesmenin qatili bu gün Boronej şəhərindəki evlərdən birində ələ keçib. Polis bölməsinə gətirilən 47 yaşlı kişi cinayəti etiraf edib.
Qeyd edək ki, əslən Azərbaycanın Ağdaş rayonundan olan R.Hüseynov yanvarın 31-dən fevralın 1-nə keçən gecə güllələnərək qətlə yetirilib. Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə keçinib. Onun cəsədi öldürüldüyü gün Karqopolsk rayonunda tapılıb.
R.Hüseynov bu gün doğulduğu Ağdaş rayonunun Şordəhnə kənd məzarlığında dəfn edilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar