Kəmaləddin Heydərov zəlzələ baş verən əraziyə getdi - Foto
Baxılıb: 706 Tarix: 06-02-2019 11:10
Fövqəladə Hallar Naziirliyi fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumatda qeyd olunub ki, zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Fevralın 6-da səhər saatlarında Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gediblər.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.
ETSN-in məlumatına görə, İsmayıllıda 23:2- və 23:32 olmaqla, iki ardıcıl təkan qeydə alınıb və ikinci təkanlar daha uzunmüddətli olub.
Yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.
Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ən çox oxunanlar
Son xəbərlər