Ağazadəyə qarşı dələduzluq: İttiham...
Baxılıb: 555 Tarix: 06-02-2019 13:30
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq edilib.
Report-un xəbərinə görə, İ.Ağazadəyə qarşı dələduzluq edən Sərməs Tağıyev barəsində Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
İqbal Ağazadə açıqlamasında ona qarşı edilən dələduzluğun məbləğini söyləməkdən imtina edib və bildirib ki, həmin şəxsdən şikayətçi deyil:
"İstintaqda da ifadə verməmişəm. Bu barədə heç nə bilmirəm. Həmin şəxsə qarşı da şikayətim yoxdur".
Qeyd edək ki, S.Tağıyev dahan əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.
Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan o, apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.

Ən çox oxunanlar
Son xəbərlər