Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İşğaldakı torpaqlarımız da silkələndi – Zəlzələ

Baxılıb: 632     Tarix: 06-02-2019 13:50   
Dünən baş verən zəlzələ Azərbaycanın işğal edilmiş Xankəndi, Şuşa və Xocavənd rayonlarında da hiss edilib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin Milli Seysmik Xidməti yayıb. Məlumata görə, zəlzələnin gücü 3 bal olub.
Qeyd edək ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.
ETSN-in məlumatına görə, İsmayıllıda 23:2- və 23:32 olmaqla, iki ardıcıl təkan qeydə alınıb və ikinci təkanlar daha uzunmüddətli olub.
Yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.
Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Zəlzələ ilə bağlı xəstəxanaya 30 müraciət daxil olub. Onların arasında qorxudan dili tutulan, həyəcandan beyninə qan sızanlar da var.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar