Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Dindarlarımızın sayı artıqca, azərbaycanlıların sayı azalır" - Gündüz İsmayılov

Baxılıb: 554     Tarix: 08-02-2019 08:43   
"Bu gün Azərbaycan gəncliyinə, Azərbaycan ailəsinə qarşı iki istiqamətdə təsir var".
Qanunvehedef.az azvision.az-a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Yeni Azərbaycan Partiyasında keçirilən "Gənclər və ailə: ənənə və müasir baxış" adlı tədbirdə deyib.
G.İsmayılov bildirb ki, bir təsir Qərbdən gələn ultra müasirlik, digər təsir isə Şərqdən gələn ultra dindarlıqdır: "Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəfərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünün həyat tərzi, mədəniyyəti, adət ənənələri var. Bu baxımdan, bizim Şərqlə şəriətimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malaziyalı, eləcə də farslarla, iranlılarka, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ərəb qardaşlarımız gəldi, din ilə bağlı müəyyən işlər apardılar, ancaq din pərdəsi altında öz mədəniyyətini, həyat tərzini də bizə təqdim etdilər. Yəni əgər mən onun təbliğatı nəticəsində dindar oldumsa, həyat tərzim də ona bənzədi. Sonra İrandan fars qardaşım gəldi, mənə dini təbliğ etdi və din altında öz mədəniyyətini də təbliğ etdi. Nəticədə mən dindar oldum, amma İran həyat tərzinin təsiri altına düşdüm. Anadoludan qardaşımız gəldi, dini öyrətdi, nəticədə dindar olduq, amma həyat tərzimiz də dəyişdi. Dndarlarımızın bir hissəsi ərəblərşmə, bir hissəsi farslaşma, bir hissəsi isə anadolu türkü istiqamətində getdi. Bəzən deyirik ki, dindarlarımızın sayı artıqca, azərbaycanlıların sayı azalır. Mənim qardaşım dindarlaşdı, ancaq ərəb, iran, anadolu türk mədəniyyətinin təsiri altına düşdü".
Komitə sədrinin müavini vurğulayıb ki, biz dindarlaşa bilərik, dinimizə sahib çıxa bilərik, amma dindarlaşma heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır, biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: "Eyni zamanda Qərbdən gələn təsirdən ingilisləşmə, fransızlaşma amerkanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu təsirlərə qarşı mənəvi immunitetimiz olmalıdır".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar