Xəbər lenti
16/09/2025 [11:34]
POEZIYA - Qəni Hüseynov
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pensiyalar nə qədər artacaq? - Hesablama qaydası

Baxılıb: 849     Tarix: 08-02-2019 13:00   
Dünən Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Sözügedən sərəncam pensiyaların artımına necə təsir göstərəcək?
İqtisadçı-ekspert Rövşən Ağayev Qaynarinfo.az-a bildirib ki, ölkə başçısının sözügedən sərəncamı qanunun prosedurundan irəli gələn məsələdir:
"Əmək Pensiyası haqqında" Qanunun 29-cu maddəsinə əsasən pensiyalar ildə bir dəfə orta aylıq əmək haqqının səviyyəsinə görə indeksləşdirilir. Ötən il orta əmək haqqı 2,9 faiz olub. Yəni, indeksləşdirmə də 2,9 faiz səviyyəsində aparılacaq. Bildiyiniz kimi bizdə pensiyalar iki hissədən, baza və sığorta hissəsindən ibarətdir. Baza hissəsi qanunla 110 manatdır. Bir də əlavə olaraq sığorta hissəsi var ki, bu, işçinin stajına görə qazandığı əməkhaqqına uyğun olaraq hesablanır. Sözügedən sərəncam pensiyanın sığorta hissəsinə aiddir. Bu gün kim 200 manat pensiya alırsa, onun 110 manatı baza hissəsi yerdə qalan 90 manatı isə sığorta hissəsidir.
Nümunə 1: Pensiyanın məbləği 200 manatdırsa
(200-110) x 2,9 : 100 = 2,61 AZN (artım)
Nümunə 2: Pensiyanın məbləği 250 manatdırsa
(250-110) x 2,9 : 100 = 4.06 AZN (artım)
Bir də ki, bu gün çalışan amma pensiya almayan şəxslər var ki, onların da pensiya kapitalı yığılır. Yığalan kapital hissə də 2,9 faiz səviyyəsində indeksləşdiriləcək.шаблоны для dle 11.2