Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Millət vəkili seçicilərinə söz verdi – Görüş

Baxılıb: 710     Tarix: 08-02-2019 13:30   
Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib və sakinlərlə görüş keçirib.
Qanunvehedef.az  xəbər verir ki, millət vəkili sakinlərin qayğıları ilə maraqlanıb və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Q.Paşayeva sakinlərin müraciətlərini dinləyib və problemlərin həlli istiqamətində müvafiq qurumlara müraciət edib.
Millət vəkili həmçinin kəndlərdə fiziki imkanları məhdud insanların qayğıları ilə də maraqlanıb.
Seçiciləri millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə müzakirələr aparıblar, öz təklif və fikirlərini səsləndiriblər.
Deputat ənənəsinə sadiq qalaraq vətəndaşların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.
Q.Paşayeva seçicilərini narahat edən bir sıra məsələləri yerindəcə həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll edəcəyinə söz verib.шаблоны для dle 11.2