Meydan TV-nin Həsənovla bağlı süjetinə rəsmi cavab
Baxılıb: 749 Tarix: 08-02-2019 14:10
Meydan TV-nin 2019-cu il 7 fevral tarixdə "Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa..." başlıqlı video-süjeti ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinin müavininin köməkçisi Ramin Talıblı açıqlama verib.
Qanunvehedef.az-a daxil olan açıqlamada bildirilir ki, onlayn yayımlanan, maliyyəsinin haradan gəldiyi heç kəsə sirr olmayan Meydan TV-nin 2019-cu il 7 fevral tarixdə "Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa..." başlıqlı video-süjeti yayılıb.
“Məlumat üçün bildiririk ki, İdris Tekişin Meydan TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hazırkı vəziyyəti əks etdirmir.
Mütəllib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur.
Mütəllib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilmiş və reabilitasiya dönəmini başa vurmuşdur. Həmin xəstəxanan baş həkiminin xahişinə uyğun olaraq, Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.
Əlavə olaraq bildiririk ki, videoda “emosianal” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Tekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoldaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi almışdır.
Burada sual əmələ gəlir, nəyə görə danışmaq iqtidarında olan, Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı video görüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?
Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər”, - məlumatda bildirilir.

Ən çox oxunanlar
Son xəbərlər