Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Valideynlə saçyoldusuna çıxan direktor hansı vəzifəli şəxsin arvadıdır? - ŞOK təfərrüat

Baxılıb: 500     Tarix: 09-02-2019 11:41   
Məktəb direktoru ilə valideynin əlbəyaxa davası və saçyoldusu Gəncədə yerləşən 10 saylı orta məktəbdə baş verib.
Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən mənbədən bildirilib.
Videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Əldə etdiyimiz məlumata görə, həmin məktəbin direktoru Arzu Əliyevadır. Onun haqqında internet resurslarında kifayət qədər neqativ informasiyalara rast gəlinir. Məktəb direktorunun hətta öz katibəsi Təhminə xanımla da əlbəyaxa olması barədə ötən il məlumat yayılıb.
Arzu Əliyeva ilə bağlı xəbərlər bununla da bitmir. Bir müddət əvvəl onun adı rüşvət qalmaqalında çəkilib və işçiləri pul müqabiləndə işə götürdüyü iddia edilib. Direktor isə mediaya açıqlamasında bu ittihamları rədd edib.
A.Əliyeva ilə bağlı daha bir maraqlı fakt isə onun Samux rayon icra başçısının təsərrüfat məsələləri üzrə müavini Qəzənfər Əliyevin həyat yoldaşı olmasıdır.
 



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar