Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanlı biznesmeni öldürənin kimliyi müəyyənləşdi

Baxılıb: 777     Tarix: 12-02-2019 14:00   
Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllənən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlunun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.
Report-un məlumatına görə, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır.
O, saxlanıldığı Arxanegls şəhəri Plesetsk rayonu polisinə günahını etiraf edib. Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.
Qeyd edək ki, yanvarın 31-də gecə saatlarında Ruslan Hüseynov aldığı beş güllə yarasından yerindəcə həyatını itirib. Onun nəşi Azərbaycana gətirlərək doğulduğu rayonda dəfn olunub.шаблоны для dle 11.2