Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Misir Mərdanov Abel Məhərrəmovun səhhətindən danışdı

Baxılıb: 475     Tarix: 13-02-2019 12:20   
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı açıqlama verib.
Qanunvehedef.az xəbər verir ki, M.Mərdanov Unikal.org-a açıqlamasında Abel Məhərrəmovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib:
“Vallah məndə bu xəbəri ilk dəfə KİV-lərdə oxudum. Dərhal Abel müəllimin özü ilə əlaqə saxlamaq istədim, ancaq telefon zəngimə cavab vermədi. Narahat olub, yenidən yaxınları ilə əlaqə saxladım. Bildirildi ki, Abel müəllim dünən səhər saatlarında özünü narahat hiss etdiyi üçün dərhal xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normaldır. Həkim nəzarəti altındadır”.
Qeyd edək ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra dünən palataya köçürülüb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar