Öldürülən gəncin ailəsi daxili işlər naziri ilə görüşmək istəyir
Baxılıb: 471 Tarix: 13-02-2019 13:00
Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində qətlə yetirilmiş 19 yaşlı Radim Qurbanovun ailəsi ölkənin Daxili İşlər naziri Giorgi Qaxaria ilə görüş tələb edir.
Report xəbər verir ki, azərbaycanlı ailə nazirə R.Qurbanovu qətlə yetirən Elbrus Süleymanovun ailəsinin Qaracalar kəndindən köçürülməsi ilə bağlı müraciət hazırlayıb.
Qurbanovlar ailəsi iddia edir ki, E.Süleymanovun saxlanılması kifayət deyil, belə ki, Süleymanovlar ailəsi kənddə yaşayır və bu da iki ailə arasında olan gərginliyi artırır.
R.Qurbanovun əmisi Ruslan Qurbanovun bildirdiyinə görə, onlar fevralın 5-də Süleymanovlar ailəsinin kənddən köçürülməsi tələbi ilə aksiya keçiriblər: “Lakin vəziyyət dəyişməz olaraq qalır. Biz imza toplayıb daxili işlər naziri Giorgi Qaxaria ilə görüş tələb edəcəyik. Biz naziri kənddə iki ailə arasında olan vəziyyət ilə tanış edəcəyik və Süleymanovların kənddən tezliklə köçürülməsini xahiş edəcəyik. Kənd əhalisinin əksəriyyəti də bizi dəstəkləyir”.
Qeyd edək ki, R.Qurbanov fevral ayının 1-də Qaracalar kəndinin məscidi yaxınlığında qətlə yetirilib. Onu qətlə yetirən 25 yaşlı E.Süleymanov polisə təslim olub. Qətlə Qurbanovlar və Süleymanovlar arasında qan davası səbəb olub.
Azərbaycanlı gəncin qətlə yetirilməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır. Qaracalarda baş vermiş qətldən sonra polis əməkdaşları kənd sakinlərinin təhlükəsizliyi və ictimai asayişin təmin edilməsinə cəlb olunub.

Ən çox oxunanlar
Son xəbərlər