Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda mağazanı siçovul basdı: AQTA araşdırır - Video

Baxılıb: 498     Tarix: 13-02-2019 13:50   
Yasamal rayonunda yerləşən "Gəncə Cake House” adlı şirniyyat mağazasında sanitar və gigiyenik qaydalara əməl olunmaması ilə əlaqədar olaraq, AQTA tərəfindən araşdırma başlayıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən Qanunvehedef.az-ın sorğusuna cavab olaraq bildirilib.
Agentlik qeyd edib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək:
“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlardan xahiş edirik ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.
Həmçinin agentlik onu da qeyd edib ki, Bakı da daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, plandankənar (növbədənkənar) yoxlamalar aparılır:
“Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır. Monitorinqlər qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini əhatə edir”.
Qeyd edək ki, bu gün sosial şəbəkədə Yasamal rayonunda yerləşən "Gəncə Cake House” adlı şirniyyat mağazasının vitrinində, şirniyyatların üzərində siçovulun gəzdiyini əks etdirən video yayılıb.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar