Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi - Rəsmi

Baxılıb: 435     Tarix: 13-02-2019 12:17   
Ölkədə son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Lakin, bəzi sahibkarlar tərəfindən ayrılmış vəsailərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Belə ki, "Şahsevən Kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu barədə Qanunvehedef.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin idarə heyətinin sədri Fayəddin Fərmanovun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək fondun 200.000 manat məbləğində pulunu mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb və F.Fərmanova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir.шаблоны для dle 11.2