Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Atasının qollarında can verən tələbə... – Təfərrüat

Baxılıb: 668     Tarix: 13-02-2019 16:00   
Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.
Unikal.org dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumatlar əldə edib.
Yaxınlarının verdiyi məlumata görə, qətlə yetirilən Rəşad Fətullayev N.Quliyev adına 9 nömrəli tam orta məktəbi bitirib. Mərhum 540 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi imiş. O, qış imtahanlarını verib Şirvan şəhərinə ailəsinin yanına gedib. Hadisə baş verən gün mərhum Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən atası Rauf Fətullayevə məxsus mağazada olub. Bu zaman yaxınlıqda kirayə qalan Adıgözəlov Amil Mahir oğlu Rəşad Fətullayevi vuracağı ilə hədələyib. O isə qatilə buna inanmadığını, önu öldürə bilməyəcəyini deyib. Bu zaman qatil üzərində olan bıçaqla onu ürəyindən vurub. Ağır xəsarət alan Rəşad Fətullayev özünü yaşadığı evə çatdırsa da, atasının qucağında can verib. Rəşadın özündən kiçik, 10-cu sinifdə oxuyan bir qardaşı da var. Həmçinin Rəşad Fətullayev "hə"si olub, yaxın zamanda nişanı olacaqmış.
Dəhşətli qətli törədən Adıgözəlov Amil Mahir oğlunun tüfeyli həyat tərzi keçirdiyi, Şirvan şəhərində fəhləlik etdiyi bildirilir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar