Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

BNA elan etdi: bu sərnişinlər mükafat alacaq – Tələsin

Baxılıb: 542     Tarix: 14-02-2019 13:20   
Bakı Nəqliyyat Agentliyi sükan arxasında siqaret istifadə edən sürücülər barədə məlumat verənləri mükafatlandıracaq.
Agentlikdən Qanunvehedef.az-a verən məlumata görə, avtobusda sürücünün tütün məmulatından istifadə etdiyinin şahidi olan sərnişin xətanı törədən sürücünün məsuliyyətə cəlb edilməsində iştirak edə bilər.
Belə ki, bunun üçün sürücünün xəta törətməsini əks etdirən aydın şəkildə çəkilmiş fotosu, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün" başlığı ilə [email protected] elektron ünvanına göndərmək kifayətdir.
BNA-dan bildirilib ki, hər rübün yekununda daha çox inzibati xəta aşkar edən sərnişin (rəsmiləşdirilən xəta) mükafatlandırılacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar