Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sürücü olmayan tələbəyə 5 protokol yazan DYP… - Açıqlama

Baxılıb: 639     Tarix: 15-02-2019 11:50   
Hələlik demək olmaz ki, tələbəyə göndərilən protokolda səhvlik var, ya yox. Araşdırma yekunlaşdıqdan sonra hər şey məlum olacaq.
Bu sözləri Qanunvehedef.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Binəqədi Rayon Polis İdarəsi DYP şöbəsinin sürücülük vəsiqəsi belə olmayan, hazırda Bakıda tələbə həyatı yaşayan Zərdab rayonunun İsaqbağı kənd sakini Nurəddin Bəhlul oğlu Eminov barəsində “avtobus sürücüsü” kimi protokol tərtib etməsi və 5 müxtəlif cərimə yazmasına münasibət bildirərkən deyib.
R.Quliyev bildirib ki, hazırda sözügedən məsələ araşdırılır:
“Sözügedən məsələ ilə bağlı araşdırma aparılır və qısa müddət ərzində məsələyə hüquqi qiymət veriləcək. Araşdırmanın nəticəsi bəlli olduqdan sonra mediaya əlavə məlumat yayılacaq”.
Məsələni şərh edən nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, belə məqamlarda adətən texniki səhv baş verir:
“Burada hansısa texniki səhv baş verib. Vətəndaşın ad və soyadı eynilik təşkil etdiyindən cərimələr ona göndərilib. İstənilən halda vətəndaş rəsmi qaydada DYP-yə müraciət etsə, bu cərimələr silinəcək”.
E.Muradlı əlavə edib ki, belə hallar olur və edilən müraciətlər əsasında dərhal yanlışlıq aradan qaldırılır:
“Bu məktubu göndərən DYP əməkdaşları bir az diqqətli olsa, daha yaxşı olar. Məktublar çap olunandan sonra məlumatları dəqiqləşdirmək lazımdır ki, sonradan belə problemlər yaranmasın”.
Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsi sürücü olmayan tələbəyə Zərdab rayonunun İsaqbağı kənd sakini Nurəddin Bəhlul oğlu Eminova cərimə yazıb. Tələbənin qeydiyyatda olduğu evə onun sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı DYP şöbəsindən 5 ədəd məktub daxil olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar