Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputat gəncləri yalançı təbliğatçılara qarşı mübarizəyə səslədi

Baxılıb: 747     Tarix: 15-02-2019 12:40   
Millət vəkili Qənirə Paşayeva Bakı Anadolu Türk Liseyində gənclərlə görüş keçirib.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanın inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə danışıb.
Deputat gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib.
Q.Paşayeva bildirib ki, hər bir insanın gələcəyində onun təhsili önəmli rol oynayır: “Hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir”.
Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktları, eyni zamanda, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumat verib.
Millət vəkili gəncləri türk dünyası məsələləri ilə bağlı fəal olmağa və xarici dillərlə xüsusi maraqlanmağa zaman ayırmağa çağırıb.
Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili tədbirin sonunda gənclərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib.шаблоны для dle 11.2