Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Çeçenlərlə azərbaycanlıların davası: Əslində nə baş verib?

Baxılıb: 760     Tarix: 17-02-2019 00:42   
Moskvada fevralın 14-də axşam azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesinə bir qrup silahlı çeçenin basqın etməsinə dair yeni təfərrüatlar məlum olub. Azərbaycan və Çeçenistan rəsmilərinin də reaksiya verdiyi, təxribat məqsədi ilə təşkil olunduğu ehtimal edilən hadisələrin detalları barədə "Rosbalt" agentliyi yazır.
Qanunvehedef.az virtualaz.org-a istinadla xəbər verir ki, situasiya ilə yaxından tanış olan mənbə "Rosbalt"ın əməkdaşı Yuri Verşova əhvalatın necə başladığını nəql edib. Bildirib ki, bir neçə gün əvvəl Əlixan adlı Dağıstan əsilli çeçen necə olubsa Moskvanın Peçatniki rayonunda yaşayan azərbaycanlılarla mübahisə edib. Onlar "Qərib Orucovun briqadasına" (fevralın 14-də, "Neolit"ə basqının ardınca güllələnib) daxil idilər.
Mənbənin iddiasına görə Qərib Orucov özünü Peçatniki rayonunda avtoritet kimi tanıdıb. O, bəzi restoranlara və ticarət nöqtələrinə nəzarət edib, onlardan aylıq haqq yığıb və mənzil-qərargahı da həmin "Neolit" kafesi olub. (Hərçənd bundan əvvəl Qərib Orucovun taksi sürücüsü olduğu deyilirdi)
Əlixanla Orucovun adamlarının davası sosial şəbəkələrə sıçrayıb və həmin çeçen həm öz opponentlərinin, həm bütövlükdə azərbaycanlıların ünvanına təhqirlər yağdıraraq bunları sosial şəbəkələrdə yayıb. Mənbə iddia edir ki, Əlixan xəstə biridir, ağlı yerində deyil və onunla ünsiyyətə girən kimi adamın xəstə olduğunu bilmək olur. "Söhbət ağır xəstəlikdən gedir. Belələri ilə haqq-hesab çürütmürlər, ona baş qoşmaq özünü hörmətdən salmaq deməkdir"-mənbə hesab edir.
Lakin Qərib Orucovun adamları onu bərk döyüblər, məcbur ediblər ki, üzr istəsin. İddiaya görə Əlixanın döyülməsi bir neçə saat davam edib. Bütün bunlar Orucovun rəhbərliyi altında baş verib. Bundan sonra Əlixanı Orucovun maşınının yük yerinə qoyublar və uzağa aparıb küçəyə atıblar.
Əlixanla bağlı baş verənləri və onun internetdə yayılan görüntülərini Rusiyanın müxtəlif şəhərlərində yaşayan çeçenlər müzakirə etməyə başlayıblar. Habelə Moskvada araşdırma aparıblar və Əlixanın cəzalandırılmasının arxasında kimin dayandığını aşkar ediblər. Və qisas almağa qərar veriblər. "Burada söhbət heç də təkcə Əlixandan getmirdi, onu "Neolit"dəki davanın iştirakçılarından heç kim tanımırdı. Hamını situasiyanın özü qəzəbləndirmişdi"-mənbə izah edir.
Nəticədə bir qrup çeçen azərbaycanlılarla əlaqə saxlayır və onları "haqq-hesab çürütməyə" çağırır. Görüş "Neolit" kafesinə təyin olunur. Həmin gün Rusiyanın digər regionlarından da Əlixanı cəzalandıranlardan qisas almaq üçün çeçenlər Moskvaya gəlir. Onlardan çoxu peşəkar idmançı idi. Cəmi 30-dan çox adam toplaşır. Azərbaycanlılar onların gəlişinə hazır idi və küçədə haqq-hesab çürütmək çağırışına cavab veriblər. Amma gələnlərin bu qədər çox olacağını bilmirdilər.
Və kafeyə basqın edilir və maşınlardan düşən çeçenlər heç nəyi ayrıd etmədən azərbaycanlıları döyməyə başlayır. Travmatik silahlar da işə düşür. Amma gələnləri ilk növbədə Orucov maraqlandırırdı. Mənbə bildirir ki, hadisədən əvvəl Orucov öz maşını ilə qaçmağa imkan tapmışdı. Çeçenlər onu təqib edir və "avtorieteti" Səmərqənd bulvarında haqlayırlar. Görünür çeçenlər "əməliyyata" hazır idilər və Orucovun hara qaçacağını bilirdilər. Onlar nömrə nişanı palçıqla örtülmüş BMW X6 avtomobili ilə Orucovu haqlayıblar. Azərbaycanlı qaçmağa çalışıb, amma çeçenlər onu "Glock" tapançası ilə güllələyiblər və hadisə yerindən qaçıblar.
Mənbə hesab edir ki, bu əhvalat Rusiyadakı çeçen və azərbaycanlı diasporu səviyyəsində davam etməyəcək. "Bu, bütün azərbaycanlılara qarşı deyil, konkret şəxslərin konkret hərəkətlərinə görə təşkil edilən aksiya idi"-mənbə deyib.
Hələlik isə hüquq-mühafizə orqanları həm "Neolit"ə basqının iştirakçılarını, həm Orucovu güllələyənləri axtarır.
Xatırladaq ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xüsusi bəyanatla çıxış edərək baş verənləri təxribat adlandırıb, çeçen və azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar