Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rus dilini bilmək zəruridir - Türkoloq

Baxılıb: 750     Tarix: 18-02-2019 16:40   

Nə qədər çox dil bilsən, o qədər zənginləşirsən. Dil bilməyin nəyi pisdir ki? Bizdəki elmi ədəbiyyatın 90 faizi rus dilindədir. Rus dilini bilmək zəruridir. Çünki hələ bundan 50 il sonraya qədər öz aktuallığını qoruyacaq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri türkoloq, filologiya elmləri doktoru Firudin Cəlilov gənclərlə görüşü zamanı deyib. O, əcnəbi dildə olan məktəblərdə təhsil alan uşaqların milli kimliyinin formalaşmasının mümkün olmadığını qeyd edib:
“Amma azərbaycanlı balalarının rusdilli məktəblərdə oxumasından ziyanlı heç nə yoxdur. Ona görə ki, o uşaqlar gedib rusca oxuyanda Füzulini, M.F.Axundovu bilməyəcək, “Əkinçi”dən xəbəri olmayacaq. Niyə? Çünki bu məktəblərdə dərs rus proqramları əsasında tədris olunur. Belə olanda milli adam yetişməyəcək. Belə məktəblərdə dərslərin daha keyfiyyətli olmasını əsas gətirirlər. Bu da bir siyasətdir. Bu mənada əcnəbi məktəblərin mövcudluğunun əleyhinəyəm”.
Qeyd edək ki, bir neçə gün sonra, fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar