Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Aynişan: "Türkiyədə o qədər işləyirdim ki, psixologiyam pozulmuşdu"

Baxılıb: 811     Tarix: 19-02-2019 09:29   
"Anam heç vaxt məni gözündən kənarda qoymamışdı. Ancaq təhsilimə görə Türkiyədə yaşamağıma razı oldu. Hamı şokda idi ki, anam necə icazə verib".
Bu sözləri müğənni Aynişan Quliyeva "Youtube"da yayımlanan bloqunda söyləyib.
O, Türkiyədə aldığı təhsillə bağlı maraqlı məqamlardan söhbət açıb.
"Türkiyədə yaşamaqla çox böyüdüm. Həmişə qənaətlə xərcləyirdim, sabahımı düşünürdüm. Orada pul xərcləməyi öyrəndim. Ancaq mənəvi olaraq çox yorulurdum. Bilirdim ki, xəstələnsəm su və çörək verənim olmayacaq. Ona görə də, xəstələnmirdim. Anam yanıma gələndə xəstələnirdim, özümə gələ bilmirdim. Türkiyədə bir neçə ay işləmişəm. Azərbaycanda mənə sıfırdan başlamaq çətin olardı, praktikam yox idi deyə, iş tapa bilməzdim. Anam razı olmadı ki, gəl Bakıya, burada işlə. Dedim ki, mənə bir gün vaxt ver, özümə iş tapacağam. Sonra 5 ay təhsil aldığım universitetdə çalışmağa başladım. O qədər işləyirdim ki, gecə yuxumda işlədiyim proqramları görürdüm. İşləməkdən psixologiyam pozulmuşdu. Eyni zamanda dərs deyir, idmanla da məşğul olurdum" deyə, Aynişan bildirib./axsam.azшаблоны для dle 11.2