800-dən artıq ailəyə mənzil veriləcək – Nazir açıqladı
Baxılıb: 388 Tarix: 19-02-2019 11:40
Bu gün Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, S.Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan Fərman və Sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib.
Nazir görüşün məqsədinin hər kəsi dinləmək olduğunu deyib.
O, ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib:
"Ötən il şəhid ailələri və müharibə veteranlarına 626 mənzil verilib, bu il isə 800-dən artıq mənzil verilməsi nəzərdə tutulub. Eyni zamanda keçən il şəhid ailələrinə 250 avtomobil verilib, bu il isə 170-180 avtomobil veriləcək.
Milli qəhrəmanlar 1500 manat təqaüd alır. Sosial müavinət və təqaüdlərə də yenidən baxılır, təkmilləşdirmə üzərində iş aparılır. Sosial təminat sahəsində 600- 700 milyon manat vəsait ayrılıb.
20 min nəfər müharibə veteranı təqaüd alır, şəhid ailəsindən 15 min nəfərə sosial müavinət ayrılıb. Son bir ərzində özünəməşğulluq proqramı çərçivəsində 7200 nəfərdən 50-dən çoxu əlilliyi olan şəxs, 150-dən çoxu şəhid ailələridir”.

Ən çox oxunanlar
Son xəbərlər