Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Pensiyalarla bağlı qanun təsdiq edildi

Baxılıb: 482     Tarix: 19-02-2019 13:51   
Milli Məclisin bugünkü plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Qanunvehedef.az xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.
Millət vəkili bildirib ki, bu dəyişiklik aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşmasına xidmət edir.
“Qanuna edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu vaxta qədər pensiyanın minimum məbləği 116 manat idi, lakin 80 manat da pensiya alan var idi. Bu dəyişiklikdən sonra təkcə 9 min nəfərin pensiyası 2 dəfə artmış olacaq”.
Qanun səsə qoyularaq qəbul edilib. Dəyişiklik mart ayının 1-dən qüvvəyə minir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar