Elkaponi Bakıda şərəf davasına başladı: 100 min istəyir
Baxılıb: 417 Tarix: 20-02-2019 10:10
İş adamı Frenk Elkaponi Axar.az saytını məhkəməyə verib.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrlik etdiyi prosesdə saytımızı Anar Niftəliyev təmsil edib.
Keçirilən iclas haqqında məlumat verən A.Niftəliyev vurğulayıb ki, qarşı tərəfin iddiasının motivi bəlli deyil. Belə ki, Frenk Elkaponi Naxçevanski saytımızda “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” başlığı altında yayımlanan məqalənin həqiqətə uyğun olmadığından cavabdeh tərəfdən məqalənin dərc olunduğu səhifədə, həmin yerdə və həmin ölçüdə təkzib verilməsi, yazıların internet səhifəsindən silinməsi və üzr istənilməsi, xəbər portalından dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat tutulması ilə bağlı iddia qaldırıb.
“Qəribədir ki, proses zamanı qarşı tərəf hansı cümlənin, ifadə və ya sözün onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat və ya sözlər olduğu barədə məhkəməyə heç bir dəlil təqdim etməyib. Onların məhkəməyə təqdim etdikləri yalnız saytımızda yayımlanan məqalələrin surətidir”, - A.Niftəliyev deyib.
A.Niftəliyev bildirib ki, qarşı tərəfdən həmin məqalələrdə F.Elkaponinin şərəf və ləyaqətinin təhqir olunduğu söz, cümlə və yaxud ifadələri tapıb göstərməsi tələb edilsə də, iddiaçının vəkili həmin ifadələrin göstərilməsi üçün növbəti məhkəmə prosesinə qədər vaxt istəyib.
A.Niftəliyev məhkəmədə çıxışı zamanı deyib ki, hər iki məqalədə baş redaktor və redaksiya olaraq F.Elkaponiyə şəxsi münasibətlərinin müsbət olduğu konkret sözlərlə ifadə olunub:
“Ona hər zaman qazilərimizə göstərdiyi qayğıya görə təmənnasız media dəstəyi göstərmişik. Vaxtaşırı olaraq xəbərlərini tirajlamışıq, belə əməllərini təqdir etmişik. Eyni zamanda, məhkəməyə çəkilən məqalələrdə də ona dəstəyimiz, xoş baxışımız ifadə olunub. Mən qarşı tərəfdən soruşdum ki, onlar hansı ifadəni təhqir hesab edirlər? Qarşı tərəf isə cavabında “bütün məqaləni” deyə bildirdi.
Mən bu zaman bildirdim ki, həmin məqalədə Frenk Elkaponinini təqdir etdiyimiz çox məqamlar var, onları da təhqir hesab edirsinizsə, üzr istəyə bilərəm”.
A.Niftəliyev bildirib ki, məhkəmə iddiası qüsurlu tərtib edilib, şərəf və ləyaqəti tapdayan, aşağılayan ifadələr ayrıca olaraq göstərilməyib və buna görə də əslində həmin iddianın məhkəmə tərəfindən icraata götürülməsi anlaşılmazdır:
“Bu səbəbdən mən hakimdən xahiş etdim ki, məhkəmə işə baxmaqdan imtina etməlidir. Hakim isə bildirdi ki, növbəti proseslərdə bununla bağlı qərar veriləcək”.
A.Niftəliyev qeyd edib ki, Axar.az-da yayımlanan müəllif yazısı Frenk Elkaponinin sosial şəbəkədə şəhid varislərinə 11 min manatlıq birdəfəlik ödəmə barədə “bir çox şəhid ailəsinə ödəmədən imtina edilməsi”, “dövlətin öz öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi”, “ümummilli biabırçılıq” ifadələrinin doğru olmadığı barədədir:
“Çox təəssüf ki, həmin statusa dövlətimizlə bağlı adekvat olmayan rəylər də yazıldı və o rəylər hələ də qalmaqdadır. Biz məhz bunlara görə F.Elkaponiyə müraciətlə həmin məqaləmizdə xüsusilə vurğulamışdıq ki, Prezidentin fərmanına qarşı yanlış bir rəy yaradacaq statusa ehtiyac yoxdur. Çünki biz belə hesab edirdik və indi də belə hesab edirik ki, F.Elkaponinin özündə şəhid ailələrinə veriləcək birdəfəlik ödəmə ilə bağlı yanlış rəy yaradılmışdı. Onun hansısa şəxslərdən aldığı informasiya yanlış idi və biz də bu məqaləmizdə Frenk Elkaponinin nəzərinə onu çatdırmışdıq. Həmin yazıdan sonra Frenk Elkaponi redaksiyamızla əlaqə saxlayaraq, fikirlərinin yanlış anlaşıldığını, statusunun qaldırılacağını və bizim saytımıza bununla bağlı ətraflı açıqlama verəcəyini bildirib, yazının saytdan qaldırılmasını xahiş etdi və biz dərhal həmin yazını qaldırdıq. Çünki bizim Azərbaycana dəstək verən, yaxşılıq edən, qazilərimizə kömək edən, missionerlik fəaliyyəti göstərən iş adamı ilə hər hansısa bir konfrontasiyamız ola bilməz. Ancaq çox təəssüf edirik ki, o, bizə açıqlama vermək və statusunu silmək əvəzinə Musavat.com-a 16 dekabr tarixində geniş açıqlama verərək, saytımıza və müəllifə qarşı ittihamlar yağdırdı. Biz də yanlış anlaşılmasın deyə, yazını bərpa etdik və ikinci yazını yazmağa, hər şeyi daha təfərrüatlı izah etməyə məcbur olduq – ancaq yenə də xüsusi sayğımızı və xoş baxışımızı qoruduq”.
A.Niftəliyev bu iki məqalədə F.Elkaponinin özünə qarşı olan sayğını görmədiyinə görə təəssüf etdiyini bildirib:
“Bu iki məqalədə o özünə qarşı sayğını görməməklə bərabər, utanmadan Azərbaycanın 4 dildə fəaliyyət göstərən, bütün parametrlərlə ilk onluqda olan və xaricdə də geniş yayılan Axar.az kimi bir sayta 100 minlik bir təzminat qaldırıb. Əlbəttə ki, o, bu məhkəməni təsəvvür etməyəcəyi səviyyədə uduzacaq. Bu, heç müzakirə mövzusu da deyil. Sadəcə, məni narahat edən Frenk Elkaponinin bu təfəkkürdə olmasıdır. Sözü, məqaləni anlamamasını, hətta təkzib istəyini bəlkə də başa düşmək olardı, ancaq bir saytdan 100 min təzminat istəməsi Elkaponinin mediaya, azad sözə münasibətini, açığı, həm də təfəkkürünü, səviyyəsini ortaya qoydu. Bu isə Elkaponiyə şəxsən mənim bu vaxta qədər qiyabi münasibətimi ciddi redaktə etməyə səbəb oldu”.
A.Niftəliyev bildirib ki, buradan o nəticəyə gəlmək olar ki, Frenk Elkaponinin ölkə daxilində insanlara verdiyi dəstək sözün həqiqi mənasında dövlətimizə, dövlətçiliyimizə və həmin insanlara dəstək deyil:
“Görünür, Elkaponi bütün bunlardan ictimai-siyasi divident götürmək istəyir. Bizi narahat edən də budur. Belə olmasaydı, Elkaponi həmin statusunu silər və yaxud həmin statusun altında dövlətimizin əleyhinə çox sərt olan rəyləri indiyə qədər qoruyub saxlamazdı. Çünki həmin rəylərin əksəriyyətində Füzuli Məmmədov təriflənir, dövlətimiz, dövlətçiliyimiz isə aşağılanır. Mən bundan bir jurnalist olaraq təəssüf edirəm. Mən onun və sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 1994-95-ci illərdən Elkaponini çox ciddi izləyənlərdən biri olmuşam. Mənim jurnalist fəaliyyətim buna imkan verib. Elkaponinin Bakıdakı ictimai-siyasi fəaliyyəti də gözümün qabağındadır, Moskvadakı biznes fəaliyyəti də. Moskva polisinin onu aşağılayacaq tərzdə bizi narahat edən münasibəti və nəhayət, onun Rusiyadan köçüb getmək tarixçəsi də xatirimdədir.
Frenk Elkaponini bizim nəslimiz yaxşıca izləyib və yaxşı da tanıyır. Çox təəssüf edirəm ki, onun təfəkkürünün hüdudları bu qədərmiş. Həm də ona görə təəssüf edirəm ki, Frenk Elkaponi bizim onu görmək istədiyimiz yerdə deyilmiş. Buna çox üzülürəm”.
A.Niftəliyev deyib ki, F.Elkaponinin saytı məhkəməyə verməsindən qəti narahat deyil:
“Narahat olduğum budur ki, Elkaponi sözə dəyər verməyi bacarmırmış. Ola bilər ki, buna səbəb onun İtaliyada yaşaması və bu səbəbdən Azərbaycan dilini unutmasıdır. Ancaq ən azı yaxınları və hüquqşünasları ilə məsləhətləşə bilərdi. Elkaponi də, biz də cavan deyilik və 20 il əvvəlki çılğınlıqlar o vaxt “gənclik dəlisovluğu” kimi qəbul edilirdisə, indi intellekt və İQ-nün səviyyəsinin müəyyənləşməsində istifadə olunur. Biz isə xaricdə yaşayan, ölkəmizdə xeyirxahlıq edən milyonçunun İQ səviyyəsinin yüksək olmasını çox arzulayardıq”.
A.Niftəliyev son olaraq bildirib ki, F.Elkaponinin ünvanına bu vaxta qədər onun məhkəmədə iddia qaldırmasına əsas verən yazı yazılmayıb:
“Bunu tam məsuliyyətimlə deyirəm. F.Elkaponi bizdən yalnız informasiya dəstəyi və simpatiya görüb. Ancaq haqq etdiyi yazını mütləq Axar.az-da oxuyacaq. Görünür, arzuladığımız səviyyədə olmayan insanları olduqları səviyyədə göstərmək belələrinin özü üçün lazımdır ki, yerlərini və səviyyələrini bilsinlər. 3 qaziyə ev alması qarşılığında bütün medianın aşırı sevgisi, görünür, Elkaponidə başgicəllənmə yaradıb”.

Ən çox oxunanlar
Son xəbərlər