Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda 106 nəfər qızılcaya yoluxdu

Baxılıb: 572     Tarix: 20-02-2019 13:20   
Ötən ilin dekabr və bu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb.
Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
O qeyd edib ki, bu ay qızılcaya yoluxanların sayında azalma var:
“Qızılcaya tutulanların əksəriyyəti yenə də əsasən, 20-40 yaş arasında olan şəxslərdir. Onlar da vaxtilə peyvənd olunmayıblar. Uşaqlar arasında çox az sayda yoluxma faktı qeydə alınıb. Əgər hansısa uşaq peyvənddən kənarda qalıbsa, onlara peyvəndlərin vurulması təmin edilir”.
A.Əliyeva bildirib ki, bu ilin yanvar ayı ərzində 55 nəfərin qızılcaya yoluxması (ötən ilin dekabrında 55) təsdiqlənib: “Ümumilikdə isə fevral ayına qədər 106 yoluxma hadisəsi qeydə alınıb”.
O, həmçinin xatırladıb ki, Səhiyyə Nazirliyi 160 min vaksin alınmasını sifariş verib və həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır. Həmin peyvəndlərin kimlərə vurulması ilə bağlı müvafiq əmr imzalandıqdan sonra peyvəndləmə işlərinə başlanılcaq.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar