Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

DİM imtahanların vaxtını niyə dəyişdi?

Baxılıb: 644     Tarix: 21-02-2019 14:00   
Bu il keçirilməsi planlaşdırılan bəzi imtahan günlərində dəyişiklik edilib.
Dövlət İmtahan Mərkəzindən Qanunvehedef.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək.
I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-nə təyin olunub. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da olacaq.
Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və buradan ətraflı tanış ola bilərsiniz.
Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.
***
Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanlarının dəyişdirilməsi səbəbini açıqlayıb.
Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə Trend-ə bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər vaxt tələb etməsi ilə əlaqədardır. Ona görə də iyunun 30-da keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə yay qəbul imtahanı iyunun 23-də keçiriləcək:
"I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanın mayın 12-nə keçirilməsi isə onunla əlaqədardır ki, iki imtahan (yaz və yay) günü arasında lazımi qədər vaxt yaransın və abituriyentlər imtahana daha rahat şəkildə hazırlaşa bilsinlər. Bundan əlavə, iyunun sonlarında ölkədə beynəlxalq əhəmiyyətli digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanları kütləvi xarakter daşıdığı üçün digər beynəlxalq tədbirlərlə eyni vaxtda keçirilməsi məqsədəuyğun hesab edilmir".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar