Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Laçın" suya buraxıldı - Foto

Baxılıb: 817     Tarix: 21-02-2019 15:00   
2019-cu ilin iyununda Azərbaycanda yeni “Laçın” neft tankeri istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bu gün Bakı Gəmiqayırma Zavodundan tankerin suya salınma mərasimi keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov iştirak ediblər.
Hazırda tankerin korpusunun tikintisi tam başa çatıb.
Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7 884 ton və çayda 5 455 ton təşkil edir. Tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir. Gəmi ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Tankerin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar