Ölkəyə gətirilən quzu əti niyə bahadır? - Komitə açıqladı
Baxılıb: 737 Tarix: 21-02-2019 17:20

Dövlət Gömrük Komitəsindən Qanunvehedef.az-a verilən məlumata görə, 2018-ci ildə ölkəyə idxal olunan və 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur.
“Üstəlik bir il ərzində bəhs edilən növ quzu ətinin idxaldakı payı miqdar baxımından 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib ki, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək belə gülüncdür.
Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir.
Bir daha xatırladırıq ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə aparılır” – məlumatda bildirilib.
Ən çox oxunanlar

Son xəbərlər
