Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Masazır 1№li tam orta məktəbin uğurları

Baxılıb: 458     Tarix: 25-02-2019 12:39   

Bu gün Azərbaycanda təhsilimiz nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət göz qabağındadır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi yeniliklərlə bağlı olaraq nəinki mərkəzdə, hətta ucqar yerlərdə də təhsilin inkişafını təmin edir.
Bu gün təhsil sahəsində irəliləyişlərin olması, qazanılan nailiyyətlər təbii ki, Azərbaycanımızın, xalqımızın gələcəyə addımlayan uğurlarından xəbər verir.Ümummilli liderimiz H.Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Bu o deməkdir ki, bu gün hansı peşə sahəsində çalışmağımızından asılı olmayaraq, hər birimiz öz müəllimlərimizə minnətdar olmalıyıq.
Müqəddəs müəllim adı bütün peşələrdən üstün olaraq, öz ixtisasının ustadı olan pedaqoqlara şərəf bəxş edir. Etibar müəllim Orucov böyük bir kollektivə rəhbərlik edən direktor və təcrübəli müəlim kimi elə bir zirvə fəth edə bilmişdir ki, o zirvəyə yalnız haqq - ədalət yolu ilə çalışanlar yetə bilir. Rəhbərlik etdiyi müddət ərzində öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Etibar müəllim daim şagirdə məsuliyyətli və tələbkar ata qayğısı ilə yanaşır. Çalışıdığı təhsil ocağında vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində planlı surətdə tədbirlərin həyata keçirilməsinə nail olur. 
Etibar müəlim vəzifəsini uğurla Masazır qəsəbə 1 nömrəli məktəbdə şagirdlərin yarışlarda, fənn olimpiadalarında, müsabiqələrdə fəal iştirak etməsi üçün əzmlə çalışır. Tədbirlərdə fəal iştirak edənlər məktəb rəhbərliyi tərəfindən “Fəxri Fərmanlarla mükafatlandırılır.  Hər il ali məktəblərə keçirilən qəbul imtahanında məktəbin məzunları müvafiq balla ali məktəblərə daxil olurlar. Məktəbi bitirən məzunların çoxu tələbə adını qazanıb. Məktəbin pedaqoji kollektivi şagirdlərin yüksək səviyyədə orta təhsil alması üçün səylə çalışır, əlindən gələni əsirgəmir. Məktəbin kollektivi çalışır  ki, cəmiyyət üçün savadlı, intellektli və ən önəmlisi vətənpərvər gənclər yetişdirsin. Etibar müəllim  Təhsil Nazirliyi tərəfindən ona göstərilən etimadı hər zaman doğrultmağa çalışır. 
Ali təhsilli qabaqcıl maarif nümayəndəsi Etibar Orucov çalışdığı illər ərzində nümunəvi və yüksək səviyyəli, təqdirəlayiq xidmətlərinə görə dəfələrlə təltiflərə, mükafatlara layiq görülmüşdür. 
Azərbaycanda təhsilin inkişafı naminə elmini, səy və bacarığını, həyatatını həsr etməklə, xoşbəxt gələcəyimiz üçün gənc nəsillər yetişdirən qabaqcıl maarif nümayəndəsinə uğurlar arzulayırıq.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar