Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Xocalıya Ədalət” kampaniyasına dəstək - Foto

Baxılıb: 1 051     Tarix: 26-02-2019 15:40   
Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycanın fəal gənclərindən olan Nicat Müslümovun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, gənclər arasında vətənpərvərliyi təbliğ etmək üçün müxtəlif tədbirlər təşkil edilib.
Qanunvehedef.az xəbər verir ki, N.Müslümov SSRİ-nin süqutu, 20 Yanvar hadisələri bizim üçün gözlənilməz olsa da, ermənilərin buna tam 200 il hazırlaşdığını deyib. Onun sözlərinə görə, bütün bu hadisələr təsadüf ola bilməzdi:
“Hadisələrin davamı olaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu. Hadisədən bir neçə gün sonra şəhid Çingiz Mustafayev Xocalıda qəddarcasına öldürülən, başı, qulağı, burunu kəsilmiş körpələrin, qocaların, qadınların foto və video çəkilişini aparmış və xalqımıza dəyərli miras, qan yaddaşı, dünyaya isə bu soyqırımın sübutunu qoydu”.
N.Müslümov hesab edir ki, bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar