Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu kədəri paylaşmaq üçün buradayıq - Səfir

Baxılıb: 742     Tarix: 26-02-2019 17:00   
Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın. Kimlərsə buna cəsarət etməsin.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral deyib.
Səfir bildirib ki, artıq Xocalıya ədalət gəlməli, orada qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır:
“27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün buraya gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın”.
Ə.Özoral Türkiyədə Xocalı ilə bağlı tədbirlərin keçirildiyini deyib:
“Bir həftədir Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Daha bir həftə də bu tədbirlər davam edəcək. Azərbaycanın işğal altında olan torpaqları azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacağıq”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar