Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Prezident bağışlayar, ancaq xalq bağışlamaz – Hadı Rəcəbli

Baxılıb: 659     Tarix: 27-02-2019 10:35   
O adamların xəyanətkarlığı sinəsinin üstündə hələ də qalıb. Bir dəfə satan, xəyanət edən adam yenə satar. Bu səbəbdən belə insanları bağışlamaq olmaz.
Bu sözləri Qanunvehedef.az-a millət vəkili Hadı Rəcəbli deputat həmkarı Siyavuş Novruzovun R.İbrahimbəyovun ölkəyə geri dönməsini misal çəkərək xaricdə yaşayan və “söyüş ünsürü” kimi tanınan şəxslərin də bağışlanmasının mümkünlüyü fikrinə münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki, prezidentin genişqəlbli olduğu üçün hətta belə insanları da bağışlayır:
“Özünüz görürsünüz ki, möhtərəm Prezidentimizin mərhəməti nə qədərdir. Özünüz baxın, Prezident nə qədər insanı bağışlayıb. Demək, bu da ola bilər”.
Deputat əlavə edib ki, vətənə xəyanət edən insanları isə nə Allah, nə də cəmiyyət bağışlayar:
“Vətənə xəyanət etməyi Allah da bağışlamaz, cəmiyyət də. O adamların xəyanətkarlığı sinəsinin üstündə hələ də qalıb. Bir dəfə satan, xəyanət edən adam yenə satar. Bu səbəbdən belə insanları bağışlamaq lazım deyil. Bizim prezidentimizin ürəyi böyükdür, o bağışlaya bilər. Ancaq vətənə, ölkəyə, dövlətə xəyanəti Allah, cəmiyyət bağışlamaz”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar