Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Komitə Kərimovu daha nə vaxta qədər vəzifədə saxlayacaq?

Baxılıb: 706     Tarix: 27-02-2019 12:14   

Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov haqqında mediada dəfələrlə mənfi məlumatlar yer alıb. Son olaraq, Moskvadakı “Neolit” restoranında çeçen-azərbaycanlı davasına səbəb olan erməni provokatorun mövqeyini müdafiə etməkdə də onun adı hallansı. Bu da onunla bağlı növbəti etirazlara səbəb oldu.
Bütün bunlar Ağadadaş Kərimovla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hər hansı addımın atılıb-atılmayacağı ilə bağlı sualı gündəmə gətirir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qanunvehedef.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən diaspor təşkilatları digər ölkələrdə olduğu kimi, həmin ölkənin mövcud qanunvericiliyinin tələbləri əsasında formalaşdırılır:
“Bu təşkilatlar bizim həmyerlilərimiz tərəfindən yaradılsa da, Dövlət Komitəsi ilə heç bir hüquqi bağlılığı olmur və rəhbərlərinin vəzifədən kənarlaşdırılması Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində deyil. Bu kimi proseslər təşkilatların daxili işidir və mövcud nizamnaməsinə uyğun olaraq həyata keçirilir”



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar