Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakı Polşa vətəndaşının adını qara siyahıdan çıxardı

Baxılıb: 711     Tarix: 27-02-2019 13:21   
Polşa Respublikasının vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Bu barədə Qanunvehedef.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
O, məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini xahiş edib.
K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar