Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İcra başçısının ölüm səbəbi - Ekspertiza təyin edildi

Baxılıb: 835     Tarix: 28-02-2019 10:34   
Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
Bakı Şəhər Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.
Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.
***
"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar